Mən rusların gürcü torpaqlarının növbəti zəbtini və işğal siyasətini pisləyirəm.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili X sosial şəbəkə hesabında yazıb.
Salome Zurabişvili beynəlxalq ictimaiyyəti Rusiyaya cavab verməyə çağırıb:
“Biçvintada daçaların köçürülməsi ilə bağlı gördüyümüz insanların sərt reaksiyası birbaşa işğalın nəticəsidir. Mən beynəlxalq ictimaiyyəti sərt və sürətli reaksiya verməyə çağırıram”.
Qeyd edək ki, daha öncə qondarma Abxaziya parlamenti dövlət daçalarının Rusiyaya verilməsi haqqında sazişi təsdiqləyib.