Türkiyə və onun xalqı güclü zəlzələlərin ağır nəticələrinin öhdəsindən layiqincə gələ biləcək.
AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Türkiyənin Tiflisdəki səfirliyində açılan başsağlığı kitabında yazıb.
“Mən qəti şəkildə inanıram ki, Türkiyə və onun xalqı bu fəlakətin ağır nəticələrinin öhdəsindən layiqincə gələcək, birgə səylər və beynəlxalq ictimaiyyətin dəstəyi ilə bu böyük faciənin vurduğu yaraları sağalda biləcək”, – Zurabişvili yazıb.
Eyni zamanda, Gürcüstan prezidenti bir daha Türkiyəyə başsağlığı verib.