Zurabişvili Saakaşvilini əfv edə bilərmi?

Zurabişvili Saakaşvilini əfv edə bilərmi?

Mən keçmiş prezidentin həbsdə ölməsini istəmirəm.

AzerTimes xəbər verir ki, bu sözləri Grürcüstan Prezidenti Salome Zurabişvili BBC telekanalına müsahibəsində bildirib.

Jurnalist ölkə prezidentinə Saakaşvilini əfv etmə imkanı olduğu barədə sual ünvanlayıb:

“Hazırda mənim Mixail Saakaşvilini əfv etmək hüququm yoxdur. Çünki məhkəmə prosesi hələ başa çatmayıb. Hələ ki, davam edir. Gürcüstan qanunvericiliyinə görə, əfv yalnız məhkəmə prosesləri başa çatdıqdan sonra mümkündür. Mən düşünürəm ki, əfv edərək siyasi qütbləşmə alətinə çevrilməməliyəm, amma eyni zamanda mən, keçmiş prezidentin həbsdə ölməsini və ya dözəlməz nəticələrə uğramasını istəməyən dövlət başçısıyam. Ona görə də məlumatları diqqətlə izləyirəm, bu gün beynəlxalq həkimlər qrupunun hazırladığı hesabatı gözləyirdim, baxmayaraq ki, hələ dərc olunmayıb. Mən ictimaiyyətə deyirəm və hesab edirəm ki, Saakaşvili əlavə müalicə almaq üçün xaricə köçürülməlidir. Müalicə üçün xaricə köçürülmə qərarı isə məhkəmənin verməli olduğu məsələdir”.

Teqlər: