Zurabişvili qəzəbləndi, lakin İvanişvilinin adını çəkmədi

Zurabişvili qəzəbləndi, lakin İvanişvilinin adını çəkmədi

Gürcüstan Prezidenti Salome Zurabişvili açıq-aydın qəzəbləndi, lakin o, Bidzina İvanişvilinin adını çəkmədi – onun bu tipli bəyanatlardan uzağa gedə bilməyəcəyinə şübhə edirəm.

AzerTimes xəbər verir ki, bu sözləri Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze ötən gün prezidentin etdiyi çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Salome Zurabişvili tez-tez düzgün bəyanatlar verir, lakin əksər hallarda o, hansısa mərhələdə dayanır:

“Bu qarşıdurmanın nə qədər davam edəcəyini söyləmək çətindir. Salome Zurabişvili tez -tez düzgün bəyanatlar verir, lakin əksər hallarda hansısa mərhələdə dayanır, ya da onun bəyanatlarından sonra real addım atılmır. Fikrimcə, bu, onun prezident olması məsələsi ilə bağlı İvanişvili qarşısında üzərinə düşən öhdəliklərlə bağlıdır. Güman edirəm ki, o, Bidzina İvanişviliyə radikal şəkildə qarşı çıxa bilər, baxmayaraq ki, bu gün o, açıq-aydın qəzəbli idi, lakin bu gün də Bidzina İvanişvilinin adını çəkmədi. Güman edirəm ki, o, bu tip bəyanatlardan irəli gedə bilməz”.

Burcanadze bildirib ki, prezidentin Saakaşvilinin əfv olunması ilə bağlı “Yox və heç vaxt” bəyanatı emosional idi:

“Hesab edirəm ki, prezidentin “Xeyr və heç vaxt” deməsi düzgün deyildi. Siyasətçi “heç vaxt” deməməlidir. Çünki əvvəlcə məhkəmə qərar verməlidir, prezident də görməlidir ki, razıdır, yoxsa yox. Fikrimcə, “Xeyr və heç vaxt” siyasi baxımdan məqsədəuyğun olmaqdan daha emosional bəyanat idi”.

Burcanadze bildirib ki, prezidentin öz səhvləri ucbatından hazırda hökumət ona hörmət qoymur və onu hətda səfirlərin tədbirində görmək isdəmirlər:

“Əgər o, ümumi məhkəmələrə aid olan qanuna veto qoysaydı, onlar buna cəsarət edə bilməzdilər”.

Teqlər: