Siz məyus ola bilərsiniz, mən isə daha çox qəzəbli olan kateqoriyaya aidəm. Bu gün baş verən xəbərdarlıqdır.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Komissiyasının Gürcüstana Avropa Birliyi (AB) üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə etməməsinə münasibət bildirərkən deyib.
“Bu gün məyusluq və şikayətlənməyin vaxtı deyil, bu gün baş verən öz günahımızdır. Biz buna layiqik! Biz iki dost və tərəfdaş ölkədən (Ukrayna və Moldova nəzərdə tutulur – red.) çox geri qalmışıq. Bu bizim günahımızdır, başqa heç kimin!” – Zurabişvili qeyd edib.
Xatırladaq ki, bu gün Avropa Komissiyası Ukrayna və Moldovaya AB üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edən qərar çıxarıb, Gürcüstana isə mənfi rəy verib.