Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilini sonuncu parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə görə dindirilməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə prokurorluqdan məlumat verilib.
“Gürcüstan Prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar olmalıdır və bu səbəbdən prezident oktyabrın 31-də istintaq orqanına dindirilmək üçün dəvət edilib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Zurabişvili nəticələri tanımaqdan imtina edib.