Gürcüstan Prezidenti Salome Zurabişvili etiraz aksiyaları zamanı çadırların quraşdırılmasını qadağan edən parlamentin qəbul etdiyi qanunu imzalamaqdan imtina edib.
AzerTimes xəbər verir ki, Zurabişvili qanunu növbəti antiavropa qanunu kimi qəbul edib.
Qeyd edək ki, bu ayın əvvəlində ölkə parlamenti etiraz aksiyaları zamanı müvəqqəti tikililərin quraşdırılmasını qadağan edən qanunu sürətlə qəbul edib.