Zurabişvili Nika Qvaramiyanı əfv etdi

Zurabişvili Nika Qvaramiyanı əfv etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili 3,5 il müddətinə həbs edilmiş “Mtavari Arxi” telekanalının rəhbəri Nika Qvaramiyanı əfv edib.

AzerTimes xəbər verir ki, Salome Zurabişvili əfv barədə qərarını brifinqdə açıqlayıb.

Qeyd edək ki, Nika Qvaramiya “Rustavi 2”yə ​​məxsus külli miqdarda əmlakı mənimsəməkdə, kommersiya rüşvətində və sənədləri saxtalaşdırmaqda ittiham olunurdu. O, ötən ilin mayında həbs edilmişdi.

Teqlər: