Prezident Salome Zurabişvili ikinci dəfə prezidentliyə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə S.Zurabişvili özü deyib.
“Bu gün Gürcüstan çox ciddi çağırışlarla üz-üzədir. Lakin mən ölkəni bu çətinliklərdən azad etmək niyyətindəyəm. Daha doğrusu, Gürcüstanın Avropa yoluna qayıtması üçün ikinci müddətə namizədliyimi irəli sürməklə bərabər, üzərimə böyük məsuliyyət götürməyə də hazıram”, – deyə o bildirib.