Zurabişvili gürcü xalqına çağırış etdi: Onlara səs verin!

Zurabişvili gürcü xalqına çağırış etdi: Onlara səs verin!

Gürcüstan vətəndaşları qarşıdan gələn parlament seçkilərində dörd avropayönümlü müxalifət koalisiyasından birinə səs verməlidirlər.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Söhbət Lelo – Güclü Gürcüstan, Vahid Milli Hərəkat, Dəyişiklik Uğrunda Koalisiya və Qaxariya – Gürcüstan Uğrunda Partiyalarından gedir. Bu dörd partiyaya veriləcək hər hansı bir səs bizi Avropaya aparacaq. Hansı partiya sizin üçün yaxşıdırsa, ona səs verəcək, həmin 4 partiya da mənimlə birlikdə bu yolla gedəcəyik”, – Zurabişvili bildirib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Teqlər: