Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Şurasının yeni rəhbəri Antonio Kosta və xarici işlər və təhlükəsizlik siyasəti üzrə Avropa komissarı Kaya Kallas ilə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Prezident administrasiyasının məlumatında deyilir.
Tərəflər respublikadakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, aksiyalar 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb. Artıq dördüncü gündür davam edən aksiyalarda polislə toqquşmalar olub, onlarla etirazçı saxlanılıb.