Gürcüstandakı vəziyyətlə bağlı Avropa paytaxtlarından sərt reaksiya gözləyirəm.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkələrdə yazıb.
“Səhər saat 6:30-a olan məlumata görə, Tiflisin mərkəzində etiraz və repressiyalar hələ də davam edir. Hədəflər jurnalistlər və siyasi liderlərdir”, – o bildirib.
Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tiflisdə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Zurabişvili də qatılıb və ölkədə konstituon çevriliş baş verdiyini iddia edib.