Gürcüstan Prezidenti Salome Zurabişvili qələbə münasibətilə aksiya iştirakçılarını təbrik edib və aksiyanın davam etdirilməsini dəstəkləyib.
AzerTimes xəbər verir ki, dövlət başçısı bildirib ki, hakimiyyət xalqın real gücünü nəzərə alaraq belə bir qərar verdi.
“İlk növbədə, cəmiyyəti belə ilk qələbə münasibətilə təbrik etmək istəyirəm. Mən hakimiyyətin qanunu geri götürmək üçün qəbul etdiyi düzgün qərarı alqışlayıram. Bu, onların xalqın real gücünü nəzərə almaq qərarıdır”, – Zurabişvili bildirib.
O qeyd edib ki, Tiflis küçələrində yaranan birlik hakimiyyəti xalqın səsini nəzərə almağa və Avropa yolunu seçməyə məcbur edib.
Qeyd edək ki, kütləvi etirazlar fonunda hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib.