Zukerberq açıqladı: Nə Tramp, nə də Bayden…

Zukerberq açıqladı: Nə Tramp, nə də Bayden…

Meta-nın qurucusu Mark Zukerberq seçkilər öncəsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın və ya hazırkı Amerika lideri Co Baydenin namizədliyini dəstəkləməkdən imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Zukerberq Trampı və ya Baydeni dəstəkləməkdən imtina edib və əlavə edib ki, onun heç bir şəkildə seçkiyə qarışmaq planları yoxdur”, – deyə bildirilib.

Zukerberqin sözlərinə görə, insanlar Meta-da daha az siyasi məzmun görmək istəyirlər. O əlavə edib ki, şirkət artıq istifadəçilərinə daha az siyasi məzmun tövsiyə edir.

“Düşünürəm ki, keçmişlə müqayisədə bu seçkidə xidmətlərimizin daha az rol oynadığını görəcəksiniz”, – deyə o bildirib.

Teqlər: