“Zolotaya Korona” Azərbaycanda adi rejimdə işləyir – Mətbuat xidməti

Xəbər - Sədrəddin Ağcayev – Trend:

“Zolotaya Korona” ödəniş sistemi Azərbaycanda adi rejimdə işini
davam etdirir, bütün ödənişlər həyata keçirilir, köçürmələr bütün
mümkün valyutalarla, dollar, avro, rubl və manatla baş tutur.

Bunu Trend-ə “Zolotaya Korona” pul köçürmələri xidmətinin mətbuat xidmətindən
bildiriblər.

Məlumata əsasən, “Zolotaya Korona” ani pul köçürmələri xidməti
64 yaşayış məntəqəsində təqdim olunur, ümumi infrastruktur isə 1
548 ofisi əhatə edir.

“Azərbaycnadakı tərəfdaşlarımız pul köçürmələrinin etibarlılığı,
sürəti, təhlükəsizliyi və fasiləsizliyini təmin edir”, – deyə
mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, Azərbaycanda “Zolotaya Korona” xidməti vasitəsilə “Azərpoçt”, “Kapital Bank”, “Rabitəbank”, “Unibank”, “TuranBank”, “Xalq Bank”, “Bank Respublika”, “Yelo Bank”, “Bank BTB”, “Muğan
Bank”, “Expressbank”, “Günay Bank”, “Azər-Türk-Bank”, “AFB Bank”, “Premium Bank” şöbələrində köçürmələr etmək mümkündür.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: