Zmeynidə Ukrayna bayrağı qaldırılmayıb – Təkzib edildi

Zmeynidə Ukrayna bayrağı qaldırılmayıb – Təkzib edildi

Zmeyni adasında Ukrayna bayrağı qaldırılmayıb, sadəcə helikopterdən atılıb.

AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk bildirib.

“Bayraq helikopterlə adaya gətirilib. Qoşunlar gəldikdən sonra ucaldılacaq. Bayrağın ucaldılması ilə bağlı sözlərimi isə metaforik şəkildə anlamaq gərəkdir. Heç kim adaya enməyib. Ona görə də kim bayrağı asacaq?! Media üçün fotolara görə, insanların həyatı ilə heç kim risk etməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə N.Qumenyuk adada Ukrayna bayrağının qaldırıldığını açıqlamışdı.

Teqlər: