Zmeyni (İlanlar) adası strateji nöqtədir və onun azad edilməsi Qara dənizdəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Zmeyni adasının yenidən ölkəsinin nəzarəti altına keçməsinə münasibət bildirərkən deyib.
“Bu, təhlükəsizliyə, düşmənin geri qayıtmayacağına zəmanət vermir. Lakin bu, artıq işğalçıların hərəkətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Addım-addım onları dənizimizdən, torpağımızdan, səmamızdan qovacağıq”, – Zelenski qeyd edib.