Zmeyni adasında rus helikopteri vuruldu

Zmeyni adasında rus helikopteri vuruldu

Ukraynanın Zmeyni adası yaxınlığında Rusiyaya məxsus Ka-52 helikopteri məhv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” operativ komandanlığı məlumat yayıb

Bildirilib ki, adaya yaxınlaşan helikopter vurulub və o, ada ilə qaz-kondensat yatağı arasında ərazi sularına düşüb.

Məlumata görə, helikopter axtarış-xilasetmə əməliyyatı həyata keçirmək istəyirdi.

Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələri Zmeyni adasını tamamilə tərk edib.

Teqlər: