Rusiyanın müvəqqəti zəbt etdiyi Zmeyni (İlanlar) adasının 75 ukraynalı hərbi müdafiəçisi əsirlikdədir.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Baş nazirinin müavini – işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk Zmeynidə əsir düşən hərbçilərlə bağlı danışarkən deyib.
“Bilirsiniz ki, biz hər dəfə Zmeyni adasından bir və ya iki nəfəri çıxara bilmişik İndi bu sual mənə yox, qərargahın koordinatoru cənab Budanova (Baş Kəşfiyyat İdarəsinin rəisi – red.) aiddir”, – Vereşçuk qeyd edib.