Zlatan İbrahimoviçin milli çempionatlarda vurduğu 400-cü qol “Milana” “Roma” üzərində qələbə qazandırıb

İtaliya A seriyasının 11-ci turunda “Roma” “Milanı” qəbul edib.

Trend xəbər verir ki, rəqib meydanında azlıqda qalmağına baxmayaraq “Milan” 2-1 hesablı qələbə qazanıb.

Qollardan birini 40 yaşlı isveçli Zlatan İbrahimoviç vurub. Bu onun 6 milli çempionatlarda (İsveç, Niderland, İspaniya, Fransa, İngiltərə və ABŞ) vurduğu 400-cü qol olub.


Hazırda “Milan” 31 xalla İtaliya çempionatında ikinci yerdə qərarlaşıb.

Teqlər: