Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ziyəddin Əliyevin zavodunda faciə baş verib.
AzerTimes Bakipost.az-a istinadən xəbər verir ki, dünən Qubada fəaliyyət göstərən asfalt-beton zavodunda fəhlə işləyən Ənvər adlı şəxs KON asfalt döşəyən avtomobilinin altında qalıb. O, avtomobilin altında qalmaq təhlükəsində olan iti qovmaq istəyərkən faciə baş verib.
Onu təcili olaraq Bakıdakı özəl xəstəxanaların birinə çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, o, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, keçmiş icra başçısına məxsus olan zavod ötən ilin oktyabrın 28-də istifadəyə verilib.
Z.Əliyev 2017-ci ilin dekabrından Qubanın icra başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə iyun ayında vəzifəsindən azad edilib.