Ziyadxan və Xoyskilərin nümayəndəsi vəfat etdi

Ziyadxan və Xoyskilərin nümayəndəsi vəfat etdi

Azərbaycanın tarixi ailələrindən olan Ziyadxan və Xoyskilərin yadigarı Leyla Hoyhan illərdir yaşadığı İstanbul şəhərində vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə araşdırmaçı-yazar Dilqəm Əhməd məlumat yayıb.

Qeyd edək ki, o, ata tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk Baş naziri Fətəli Xan Xoyskinin qardaşı Hüseynqulu xanın nəvəsidir. Ana tərəfdən isə AXC-nin xarici işlər nazirinin müavini Adil Xan Ziyadxanovun nəvəsidir (Gəncə xanı Cavad Xanın nəslindən).

Teqlər: