Dərnəgül yolu adlanan Ziya Bünyadov prospektində ağır yol qəzası baş verib, 1 nəfər ölüb.
Qəza Ziya Bünyadov prospektində yeraltı keçiddə baş verib.
Yolun solunda xüsusi nişanlar və xidməti avtomobillər olsada Nurlan Hüseynov idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolun sol kənarında tuneli yuyan AAYDA əməkdaşı Nizami Məmmədovu vurub və həmçinin xidmət göstərən “İveco” markalı qaldırıcı kranlı yük maşınına çırpılıb.
AAYDA əməkdaşı Nizami Məmmədov hadisə yerində keçinib.
Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nin əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Nərimanov Rayon Polis İdarəsinin təhqiqatçısı hadisə yerində ilkin məlumatları toplayıb.
Faktla bağlı araşdırma aparılacaq.