Zivellanın estetik ve davamlı kresloları (FOTO)

Sadə dizaynlar həyata keçirən Zivellanın yeni taxta ayaqlı stulları hər məkana uyğunlaşır.

Yeni nəsil iş sahələri üçün xüsusi dizaynlara imza atan Zivella, insan yönümlü və yenilikçi yanaşmasını həm iş mühitlərinə həm gözləmə sahələrinə əks etdirməyə davam edir. Zivellanın yeni kolleksiyası içərisində yer alan taxta ayaqlı stullardan Best, Manta və Lia-P estetik və davamlı olmaları ilə diqqət çəkir. Rahatlıq və sadəlik xüsusiyyətləri ilə də fərqliləşən yeni dizaynlar, fərqli rəng və toxuma variantları ilə hər məkana uyğunlaşır.

Sadə: Best

Taxta ayaqları və parça döşəməsiylə müasir bir görünüş alan Best, ideal ölçüləriylə hər məkana uyğunlaşır.

İstiqanlı: Manta

Dünyaca məşhur dizaynçılar Setsu & Shinobu İtonun təxəyyülün əsəri Manta, komfortlu və sadə forması sayəsində ünsiyyətdə açıqlığı təmsil edir. Taxta ayaqlı variantı isə sizi isti bir söhbətə dəvət edir.

Gözləmə sahələri, kafe və restoranlar kimi fərqli məkanlar üçün uyğun və estetik həllər təqdim edən Lia-P, rəngarəng dizaynı ilə yanaşı rahatlığı ilə də diqqət çəkir.

Zivella haqqında: Zivellanın dizayn səyahəti 1999-cu ildə ofislərin, yeni nəsil iş sahələrinin və məkanların dəyişən ehtiyaclarına yenilikçi və insani həllər təqdim etmək məqsədi ilə başladı. İstanbulda yerləşən fabrikində istehsal edən Zivellanın ölkə daxilində Ankara, Antalya, İstanbul, İzmir, Konya və Rizedə, xaricdə isə Azərbaycan və İngiltərədə ümumilikdə səkkiz mağazası var. İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Hollandiya, Belçika, Lüksemburq, Misir və Səudiyyə Ərəbistanında nümayəndəlikləri olan Zivella, 37 ölkəyə ixracat həyata keçirir. Dünyaca məşhur dizaynerləri, dizayn qrupu və 200 nəfərlik heyəti ilə Zivella, dizayn etdiyi hər məhsulda estetik, keyfiyyət və orijinal dizayn anlayışını üst səviyyəyə gətirməyə və mövcud olan hər sahədə mükəmməlliyə nail olmağa çalışır.

Teqlər: