Bu gün qarşımızda istəkli və dinamik rəqib var idi.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis maraqlı mövsümü geridə qoyduqlarını bildirib:
“Kubokun finalında yaxşı oyun alındı. “Zirə”yə alqış düşür. Yaxşı mövsüm keçirdilər. Öz futbolçularımı ürəkdən təbrik edirəm. Çox çalışdılar. Titullar qazanandan sonra oyunçularda istək azalır. Amma bunun olmaması üçün çalışacağıq”.