“Zirə”nin qapıçısı Tiaqo Silva “Osiyek”lə matçın penaltilər seriyasında inanılmaz “seyv”lər edib.
AzerTimes xəbər verir ki, 24 yaşlı portuqaliyalı qapıçı rəqibin düz 4 penalti zərbəsini qaytarıb. “Osiyek”in qapıçısı Nikola Çavlina isə 3 penalti dəf edib.
Qeyd edək ki, “Zirə” Konfrans Liqasının III təsnifat mərhələsində “Osiyek”lə iki matçın nəticəsinə əsasən, 3-3 hesablı bərabərliyə imza atıb. Penaltilər seriyasında isə 2-1 qalib gələrək pley-offa yüksəlib.