Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda keçirilməsi planlaşdırılan “Zirə”-“Araz-Naxçıvan” oyunu təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
“Qartallar” UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin “Omoniya” kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu isə buna razı olub.
Bundan əlavə, IV turunda “Şamaxı”-“Zirə” matçı ilə XII turun “Zirə”-“Şamaxı” oyununun yerləri dəyişdirilib.