2022-ci il döyüş hazırlığı planına uyğun olaraq,
mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və
atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
İcra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş
texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı
operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma
bacarıqlarını təkmilləşdirməklə bərabər, mexanikləşdirilmiş və tank
bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir.
Çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə
yerinə yetirilib.