Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir matçı baş tutub.
AzerTimes xəbər verir ki, “Zirə” öz meydanında “Sumqayıt”la görüşüb.
Qarşılaşmada hesabı 4-cü dəqiqədə Vüsal İsgəndərlinin qolu ilə “Sumqayıt” açıb. Meydan sahibləri 50-ci dəqiqədə Dmitrios Çantakiasın qolu ilə hesabı bərabərləşdirib. 73-cü dəqiqədə Loris Bronyo “Zirə”ni önə keçirib. 79-cu dəqiqədə isə Toni Qomes meydan sahiblərinin üçüncü qolunu vurub.
Bu qələbə ilə xallarını 31-ə çatdıran “Zirə” 4-cü pillədəki yerini qoruyub. 12 xalı olan “Sumqayıt” isə 9-cu sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” evdə “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” isə səfərdə “Turn Tovuz”a qalib gəlib – 3:2.