Zirəddindən “Titanik”də tapılan şərabla bağlı şok iddia…

Zirəddindən “Titanik”də tapılan şərabla bağlı şok iddia…

Əminəm ki, şərab da, onu içənlər də lənətlidir.

AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a klinik psixoloq və ezoterik Zirəddin Rzayev illər sonra Titanik gəmisindən tapılan spirtli içkilərlə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, şərab hadisələri öz yaddaşında qeyd edib saxlayır:

“Bu, həm çox faydalı, həm də təhlükəli ola bilər. Şərab məlumat əldə etməyin ən sürətli yoludur. Titanikdə əziyyət çəkən insanların yaşadığı bütün hisslər bu şərabın yaddaşına yazılıb.

Quduz adamların çirkli və böyük pulla aldıqları həmin şərablar onlara xoşbəxtlik gətirməyəcək”.

Qeyd edək ki, illər sonra Titanik gəmisindən çıxarılan şərablar auksionda baha qiymətə satılıb.

Teqlər: