Son vaxtlar dünya ilə bağlı qorxulu şeylər görürəm.
AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirəddin Rzayev deyib.
O, qarşıdakı illər üçün qorxunc proqnoz verib:
“Mən növbəti illərdə dəhşətli partlayış görürəm. Bu, nüvə partlayışı deyil, vulkan və ya asteroiddir. Buna “Tanrının qəzəbi” deyək. Cəza bəşəriyyətin üzərinə gələcək, amma nə vaxt və harada olduğu sirr olaraq qalır”.