Zirəddin xəbərdarlıq etdi: Ehtiyatlı olun!

Zirəddin xəbərdarlıq etdi: Ehtiyatlı olun!

Türkiyədəki hadisə ilə bağlı da proqnoz vermişdim, həmçinin bunu sosial şəbəkə hesabımda da insanlarla bölüşmüşdüm. Əvvəlcədən demişdim ki, 2022 və 2023 Türkiyə, İsrail, İraq üçün o qədər də təhlükəsiz olmayacaq. Bildiyiniz kimi, İsraildə də zəlzələ oldu.

AzerTimes xəbər verir ki, bu sözləri Yenisabah-a açıqlamasında məşhur ekstrasens Zirəddin Rzayev deyib.

Z.Rzayev ilin ikinci yarısında Türkiyəni yenidən təbii fəlakətin gözlədiyini açıqlayıb. O, Azərbaycan üçün hər hansı ciddi təhlükənin olmadığını da qeyd edib:

“İndi proqnoz verirlər ki, Türkiyənin Kastamoun bölgəsində zəlzələ olacaq, amma belə bir şey olmamalıdır. Olsa belə, bu cür dağıntılara, ağır itkilərə, fəsadlara səbəb olmayacaq. 2023-cü il üçün proqnozlarımda dedim ki, Orta Asiya və Avropa bölgəsində bəzi fəlakətlər olacaq, Türkiyə də ora aiddir. Bu, Allahın qəzəbidir.

Doğurdan da belə oldu. Bu gün hətta müharibə şəraitində olan dövlətlər belə, Türkiyəyə yardım edirlər. Başa düşürsünüzmü bu nə deməkdir?

İlin ikinci yarısı Türkiyə üçün yenə bir təhlükə başlayır, ola bilsin ki, yenə hansısa təbii fəlakətlər olsun. Düzdür, İran, Azərbaycan, Ermənistan, Gürcüstan da onlara yaxın ərazilərdir, amma ilin ikinci yarısı üçün bu ölkələrə hər hansı təhlükə görmürəm. Olsa belə, bu cür fəsadlar sadaladığım ölkələrdə olmayacaq. Azərbaycan üçün belə təhlükə yoxdur. Azərbaycanda böyük dağıntılara səbəb olacaq yeraltı təkanlar görmürəm. Ölkəmizdə 8-9 ballıq təkanlar olmayacaq. Amma yenə deyirəm, Türkiyə üçün bu ehtimal var. Ehtiyatlı olmaq lazımdır”.

Teqlər: