Təəssüf ki, “Titanik” gəmisinin batdığı əraziyə ekskursiyaya gedənlərin hamısı həlak olub. Lakin onlardan biri hələ də yarımcan vəziyyətdədir.
AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.
O bildirib ki, yarımcan şəxsi, bəlkə, xilas etmək mümkün oldu:
“Amma… Başqalarının faciəsini ekskursiyaya, əyləncəyə çevirmək olmazdı. “Titanik”də həlak olanların ruhu onlardan qisas almış oldu. Çünki ora lənətlənmiş ərazidir”.
Xatırladaq ki, Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayıq bazar günü səhər saatlarında itib. Qayığın 96 saatlıq oksigen ehtiyatı olduğu bildirilir. Qayıqda neçə nəfərin qaldığı hələ məlum olmasa da, ABŞ-ın Boston Sahil Mühafizəsi tərəfindən axtarış-xilasetmə əməliyyatı aparılır.