“Zirə” qələbəni son dəqiqələrdə əldən verdi

“Zirə” qələbəni son dəqiqələrdə əldən verdi

Futbol üzrə Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

AzerTimes xəbər verir ki, “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. “Liv Bona Dea Arena”da reallaşan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 31-ci dəqiqədə qonaqların heyətində Giorgi Papunaşvili açıb. 89-cu dəqiqədə isə Felipe Santos penaltidən bərabərlik qoluna imza atıb.

Bu nəticədən sonra Naxçıvan klubu 21 xalla 3-cü, “Zirə” isə 17 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci matçında “Səbail” “ASCO Arena”da “Sumqayıt”ı sınağa çəkəcək. Qarşılaşma 18:30-da start götürəcək.

Qeyd edək ki, turun açılış oyununda ötən gün “Turan Tovuz” “Kəpəz”i 2:1 hesabı ilə üstələyib.

Teqlər: