Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
AzerTimes-ın məlumatına görə, günün ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 64-cü dəqiqədə penaltidən Qismət Alıyev vurub.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran “qartallar” liderliyini davam etdirir. “Qəbələ” 8 xalla sonuncu – 10-cu sıradadır.
Qeyd edək ki, tura bu gün oynanılacaq “Qarabağ” – “Səbail” görüşü ilə yekun vurulacaq. Əvvəlki matçlarda “Kəpəz” “Araz-Naxçıvan”ı (1:0), “Sumqayıt” “Neftçi”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:2) məğlub edib.