“Zirə” öz meydanında qalib gəldi

“Zirə” öz meydanında qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir matçı baş tutub.

AzerTimes xəbər verir ki, “Zirə” öz meydanında “Səbail”i qəbul edib. Matç meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqovun baş məşqçi olduğu komanda bu nəticədən sonra xallarını 22-yə çatdıraraq, 4-cü pilləyə yüksəlib. 10 xalı olan “Səbail” isə 7-ci sırada qalıb.

Günün digər matçında “Neftçi” “Bakcell Arena”da “Qəbələ”ni qəbul edəcək.

Qeyd edək ki, turun açılış oyununda “Şamaxı” evdə “Sumqayıt”a 4:2 hesabı ilə qalib gəlib. Tura noyabrın 13-də keçiriləcək “Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.

Teqlər: