“Zirə”nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
AzerTimes xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Osiyek”i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) ilə üz-üzə gələcək.
III təsnifat mərhələsində “Fehervar”ı (Macarıstan) hər iki görüşün nəticəsinə əsasən 3:0 hesabı ilə üstələyən kiprlilər pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da baş tutacaq.