“Zirə” “Kəpəz”lə bacarmadı

“Zirə” “Kəpəz”lə bacarmadı

Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

AzerTimes xəbər verir ki, açılış matçında “Zirə” “Kəpəz”i qəbul edib. Görüş 1-1 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 46-ya çatdıran “Zirə” 5-ci pillədə qalıb. 30 xalı olan “Kəpəz” isə 7-cidir.

Qeyd edək ki, turun “Qəbələ” – “Turan Tovuz” və “Səbail” – “Qarabağ” oyunları mayın 13-də, “Neftçi” – “Şamaxı” matçı mayın 14-də, “Sumqayıt” – “Sabah” qarşılaşması isə mayın 17-də keçiriləcək.

Teqlər: