Zirə “Differdanj”ı məğlub etdi

Zirə “Differdanj”ı məğlub etdi

UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində “Zirə” Dalğa Arenada Lüksemburqun “Differdanj” klubunu qəbul edib. İstiPress xəbər verir ki, oyuna daha fəal başlayan zirəlilər 22-ci dəqiqədə hesabı açıblar – Riçard Qadze fərqlənib.

80-ci dəqiqədə Kervins Belford fərqi artırıb. Bu, matçda sonuncu qol olub. Beləliklə, tarixində ilk dəfə avroliqada çıxış edən “Zirə” turnirə qələbə ilə başlayıb – 2:0.