Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində daha bir oyunu keçirilib.
AzerTimes xəbər verir ki, günün yeganə matçında “Şamaxı” komandası “Zirə”ni qəbul edib.
Görüş “Zirə” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda Vladislav Kulaç, Hamidu Keyta və Rüstəm Əhmədzadə fərqləniblər.
Xallarının sayını 45-ə çatdıran “Zirə” turnir cədvəlində beşinci pillədəki mövqeyini möhkəmlədib. “Şamaxı” 23 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə “Sabah” “Kəpəz”i üç cavabsız qolla üstələyib. Turun “Turan Tovuz” – “Neftçi”, “Sumqayıt” – “Səbail” görüşləri mayın 7-də, “Qarabağ” – “Qəbələ” qarşılaşması isə mayın 8-də baş tutacaq.