Ziraat Bank Azərbaycan 2022-ci ilin I rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən kredit portfelində və cəlb edilmiş əmanətlərdə əhəmiyyətli artım müşahidə edilmişdir. Belə ki, ötən ilin sonu ilə müqayisədə kredit portfelində 14.45%, əmanət portfelində isə 17.93 % artım müşahidə edilmişdir.
Ziraat Bank Azərbaycanın aktivləri də ötən ilin sonu ilə müqayisədə 15.8% artaraq 449 mln 370 min manata yüksəlmişdir.
Bankın cəmi kapitalı isə ötən ilin sonu ilə müqayisədə 19 mln manat artaraq 101 mln manatı keçmişdir.
Təqdim edilən maliyyə nəticələrinə əsasən Bankın xalis mənfəəti ötən ilin I rübü ilə müqayisədə 4 dəfə artaraq 2 milyon manatı keçmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Nüfuzlu “Global Finance” nəşrinin bu ilki araşıdırmalarına görə Azərbaycanda Ticarətin Maliyyələşdirilməsi sahəsində ən yaxşı xidmət təqdim edən bank mükafatına layiq görülmüşdür.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.