Ziraat Bank Azərbaycan Beynəlxalq nəşr tərəfindən ilin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bankı seçilib (FOTO)

Hər zaman real sektorun inkişafına böyük əhəmiyyət verən Ziraat
Bank Azərbaycan xarici ticarət istiqamətində göstərdiyi xidmətə
görə Beynəlxalq nəşr tərəfindən mükafatlandırılıb. Belə ki, xarici
ticarət əməliyyatlarında təqdim etdiyi xidmətlərin keyfiyyəti,
innovativliyi və müştəri yönümlülüyünü nəzərə alaraq, əsaslı seçim
prosesinin nəticəsində bu il “Global Finance” jurnalı Ziraat Bank
Azərbaycanı “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən
bank” nominasiyasına layiq görüb. Bu haqda məlumat jurnalın rəsmi
saytında açıqlanıb. Link: https://bit.ly/3JAiNwe

Qeyd edək ki, Ziraat Bank Azərbaycan, dünyanın 18 ölkəsində
fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olduğundan, ticarət
bazarında digər rəqibləri ilə müqayisədə müştərilərinə daha
əlverişli və sürətli xidmət göstərmək imkanına malikdir. Bank
tərəfindən verilən məlumata əsasən xarici ticarət xidmətləri üzrə
müştərilərə konsultasiya xidməti və individual yanaşma tətbiq
edilir. Həmçinin bank tərəfindən məhsul və xidmət çeşidliliyinin
genişləndirilməsi ilə yanaşı, Ziraat Maliyyə Qrupunun fəaliyyət
göstərdiyi 18 ölkə arasında əməkdaşlığın stimullaşdırılması
məqsədilə ümumi bir portalın hazırlandığı qeyd edilmişdir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.


Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.

Teqlər: