Ziraat Bank Azərbaycan 2021-ci il üzrə göstərdiyi fəaliyyətə
görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafatlandırılıb.
Ötən il ərzində ölkənin sosial-iqtisadi inkişafına, şəhid ailələri
və qazilərə, xanım sahibkarlara verdiyi dəstək üçün bank
“Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi elan edilib.
Həmçinin il ərzində müxtəlif təhsil ocaqlarına verdiyi dəstəyə görə
“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə də qaliblərdən biri
elan edilib.
Qeyd edək ki, “Bankçılıq Mükafatları” tədbiri Azərbaycan Banklar
Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində
bankların fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.