Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi postuna namizədlər arasında fransalı mütəxəssis Zinəddin Zidan da var.
AzerTimes xəbər verir ki, bu barədə Fransa nəşri “L’Equipe” yazır.
Məlumata görə, Braziliya Futbol Konfederasiyası (CBF) Titenin gedişindən sonra əcnəbi mütəxəssisin təyinatına ümid bəsləyir.
Namizədlər siyahısında argentinalı Maurisio Poçettino, alman Tomas Tuxel və ispan Rafael Benites də var.
Bundan əvvəl mətbuatda Zidanın Qətərdə keçirilən dünya çempionatından sonra Fransa millisinə rəhbərlik edə biləcəyi barədə məlumat yayılmışdı.
Qətərdə keçirilən dünya çempionatında Titenin rəhbərliyi altında Braziliya yığması 1/4 finala yüksəlmiş və Xorvatiya yığmasına penaltilər seriyasında uduzmuşdu. Bundan sonra braziliyalı baş məşqçi Tite istefa vermişdi.