Zığda 20 ton zeytun yığılıb

Xəbər - Çingiz Səfərli – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində “Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 2 saylı Yaşıllaşdırma İdarəsi ərazisində bu vaxta qədər 20 ton zeytun yığılıb.

Bu barədə AzerTimes-a ASC-nin rəhbəri Ramiq Əşrəfov məlumat verib. Onun sözlərinə görə, yığım davam etdirilir və illik hasilatın 60-80 ton olacağı gözlənilir:

“Əsas məqsədimiz yaşıllaşdırmanı artırmaq və qoruyub saxlamaqdır. Lakin müqavilə əsasında yığılan məhsul da şirkətlərə satılır. Zeytunun 1 kiloqramının qiyməti 1-2 manat arasında dəyişir”.

Qeyd edək ki, bağın ümumi sahəsi 1200 hektardır və yarıdan çox hissəsi zeytunluqdur. Bundan başqa yaşıllıq sahəsində nar, əncir, eldar şamı, sərv və digər ağaclar var.

Teqlər: