Xəbər - Çingiz Səfərli – Trend:
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb.
AzerTimes-ın məlumatına görə, bunu “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Ramiq Əşrəfov deyib.
Onun sözlərinə görə, salınan yaşıllığın təqribən yarısı zeytun ağaclarından ibarətdir:
“Həmçinin ərazidə eldar şamı, sərv, nar, əncir ağacları var. Abşeron yarımadasında yaşıllaşdırma işinə 2010-cu ildə start vermişik. Keçmiş Yod-brom zavodu ərazisində 170 hektar çirklənmiş ərazidən 42 min kuba yaxın yod-brom duz qalıqlarını çıxarıb konservləşdirmişik. Eyni zamanda neft tullantıları da konservləşdirilib və ərazidə zeytun bağları salınıb.
Aeroport ərazisində isə 272 hektar sahə təmizlənərək yaşıllıq salınıb. Ümumilikdə yaşıllıq sahələrində layihə çərçivəsində 5 milyon 500 mindən çox müxtəlif ağac yetişdirilib. Növbəti illərdə bu işlər davam etdiriləcək”.