Fransalı məşqçi Zinəddin Zidan PSJ klubu ilə razılaşıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Sport.es” xəbər verir.
Beləliklə, 49 yaşlı mütəxəssis məşqçi karyerasını bərpa edəcək. Z.Zidanın PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, son dəfə Zinəddin Zidan Madridin “Real” klubunun baş məşqçisi vəzifəsində çalışıb.