Xəbər - Orxan Nəbiyev – Trend:
İspaniyanın “Real” (Madrid) klubunun baş məşqçisi Zinəddin Zidan mövsüm sonunda klubu tərk etməyi düşünür.
AzerTimes-ın məlumatına görə, bu barədə İspaniya mətbuatı yazır.
Qeyd olunur ki, 48 yaşlı məşqçi mənəvi baxımdan yorulduğunu bildirib.
Z.Zidan “Real”a 2019-cu ildə baş məşqçi təyin olunub. Bundan əvvəl 2016-2018-ci illərdə də o, kluba rəhbərlik edib.
İspaniya mətbuatı “Real”ın sükanı arxasına Almaniya milli komandasının indiki baş məşqçisi Yoahim Lövün gələ biləcəyini yazır.