Zibilə deyil, çaydana atın: kartof qabığı çayının faydaları

Zibilə deyil, çaydana atın: kartof qabığı çayının faydaları

Kartofun özü qədər qabıqları da faydalıdır.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, qan dövranından xolesterinə qədər müxtəlif faydalar təmin edən kartof qabıqları bir çox problemləri aradan qaldırır.

Kartof qabığından hazırlanan bu içkini gündə 2 stəkan içə bilərsiniz. Bu çay, sidik vasitəsilə bədəninizdəki toksinlərin atılmasında təsirli olduğu üçün böyrək daşının əmələ gəlməsinin qarşısını alacaq. Xolesterol kimi ürək sağlamlığına mənfi təsir edən problemlərin aradan qaldırılmasında təsirlidir.

Şəkərli diabet, ürək problemi və yüksək xolesterindən əziyyət çəkən insanlara tövsiyə olunur.

Kartof qabığı çayı hazırlamaq üçün qabığı soyulmuş kartof qabıqlarını bol su ilə yaxşıca yumaq, sonra 1,5 litr su ilə dolu qazana və ya çaydana qoymaq və 20 dəqiqə qaynatmaq kifayətdir. Və sonra isti və ya soyuq için.

Teqlər: