Türkiyəli aktrisa Türkan Şoray Xalq artisti Zeynəb Xanlarova ilə dostluqlarından danışıb.
AzerTimes xəbər verir ki, aktrisa “ATV səhər”ə müsahibəsində Xanlarovanın ona bağışladığı üzüyü nümayiş etdirib.
“Azərbaycana gələndə məni oteldə ziyarət etmişdi, bu üzüyü bağışladı mənə. O vaxtdan bəri bu üzüyü saxlayıram. Biz dostuq. Zeynəb Xanlarova Türkiyədə də qonağım olub” deyə, Türkan Şoray əlavə edib.